12px13px15px17px
Tarix:23/04/18

“Adobe Flash” texnologiyasının fəaliyyətinə son verilir

“W3Tech” şirkətinin yeni hesabatına əsasən, “Flash” texnologiyası tədricən internetdən yox olur. 2018-ci ilin aprel ayına olan məlumata görə, “Flash” texnologiyasından istifadə edən saytların sayı yalnız 4,8% təşkil edib və bu göstərici tədricən azalacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, “Flash” texnologiyasının fəaliyyətinin dayandırılması və bununla bağlı dəyişikliklər artıq informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin diqqətini çəkib. 2018-ci ilin əvvəlində “Palo Alto Network” şirkətinin analitikləri eksploitlərin (DoS hücumlar və nəzarəti ələ keçirmək üçün saytlarda aşkar edilmiş boşluqlardan istifadə edən proqramlar) populyarlığının azalması tendensiyasını qeyd ediblər. Belə tendensiya bilavasitə “Flash” texnologiyasından istifadə dinamikası ilə bağlıdır, çünki məhz bu köhnə texnologiya İT məhsullarının təhlükəsizliyi məsələsində əsas boşluqlardan biridir.
 
“Adobe” şirkəti “Flash” texnologiyasına dəstəyin dayandırılması tarixini rəsmən açıqlayıb. Bu, 2020-ci ildə olacaq. Həmin vaxt “Apple”, “Mozilla” və “Google” sözügedən texnologiyadan istifadəni dayandıracaq. “Flash” texnologiyasını “HTML5”, “WebGL” və “WebAssembly” standartları əvəz edəcək.
 
Emil Hüseynov





Baxış sayı: 290

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024