12px13px15px17px
Tarix:26/04/18

“Opera Touch” mobil brauzeri təqdim olunub

“Opera Software” şirkəti internet saytlarına daxil olmaq üçün adi əlavələrdən bir sıra xüsusiyyətlərinə görə fərqlənən “Opera Touch” mobil brauzerini təqdim edib. Əlavənin təsviri “Opera” bloqunda dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, hazırda yalnız “Android” versiyası istifadəçilərinin yükləyə biləcəyi “Opera Touch” brauzerinin əsas xüsusiyyəti onun hərəkətdə olan zaman rahat - bir əllə idarə olunmasındadır. Belə ki, brauzer işə salınan zaman istifadəçi dərhal mətni axtarış sətrində yığa biləcək. Bundan başqa, brauzerdə səsli komandalar vasitəsilə axtarış və “QR” kodunun skan edilməsinin köməyi ilə müvafiq linkə keçid mümkündür.

Bildirilir ki, brauzerin əsas idarəetmə elementi daim ekranın aşağı hissəsində görünən “Fast Action Button” (FAB) düyməsidir. Onun vasitəsilə lazımi tab-vərəqini açmaq və ya funksiyalar bölməsinə keçmək olar.

Yeni “Opera” brauzerinin daha bir fərqli cəhəti login və ya parolu daxil etmədən “Opera Touch” brauzerini masaüstü “Opera” versiyası ilə sinxronlaşdırmağa imkan verən “Flow” funksiyasını dəstəkləməsindədir. Sinxronlaşdırma üçün istifadəçinin sonuncu “Opera” versiyasını fərdi kompüterə quraşdırdıqdan sonra smartfon vasitəsilə “QR” kodunu monitorda skan etməsi lazımdır. Bundan sonra fərdi kompüter və smartfon arasında kontentin mübadiləsinə və bir qurğudan digərinə keçməyə imkan verən bağlantı yaranacaq.  

Nizam Nuriyev
 
 





Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024