12px13px15px17px
Tarix:27/04/18

Gəncədə tələbələrə informasiya texnologiyaları sahəsi üzrə silsilə təlimlər keçilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi regionlarda tələbələrin informasiya texnologiyaları (İT) sahəsi üzrə karyeralarının inkişafına dəstək məqsədli tədbirlər həyata keçirir.
 
Növbəti tədbirlər Gəncədə təşkil olunub. Adıçəkilən şəhərdə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə seminarlar keçirilib.
 
Səfər çərçivəsində Elektron Hökumət Təlim-Tədris Mərkəzi və ali təhsil müəssisələrinin rəhbərlikləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
 
Tədbirlərdə mərkəzin direktoru Rauf Cabbarov açılış nitqi ilə çıxış edib. Çıxışda regionlarda təhsil alan tələbələrin İT sahəsi üzrə biliklərinin artırılması, bacarıqlarının inkişafı perspektivlərindən danışılıb, bu sahənin onların gələcək karyeralarındakı önəmi vurğulanıb.
 
Daha sonra seminarlarda mərkəzin əməkdaşları tərəfindən elektron hökumət həlləri, İKT üzrə təlim imkanları, beynəlxalq sertifikasiya proqramları, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar nümayiş etdirilib.
 
Həmçinin, tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə keçirdiyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkətinin təşkilatçısı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Azercell” şirkətinin tərəfdaşı olduğu  “İdeyadan biznesə” adlı startap turu barədə də tələbələrə ətraflı məlumat verilib.
 
Üç universitetdə keçirilən tədbirlərdə ümumilikdə 600 nəfərdən çox tələbə və müəllim heyəti iştirak edib.
 
Tədbirlərin sonunda universitetlərin tələbələri və müəllim heyəti ilə fəal müzakirələr aparılıb. Universitet nümayəndələri bu tədbirlərin davamlı keçirilməsi ilə bağlı istəklərini bölüşüblər.













Baxış sayı: 442

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.