12px13px15px17px
Tarix:30/04/18

“Apple” istifadəçiləri qıcıqlandıran məhdudiyyəti ləğv edir

“Apple” istifadəçilərə proqram təminatı yeniləmələrini mobil internet vasitəsilə yükləməyə imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Ria.ru” saytına istinadən yazır ki, “iPhone” aparatının sahibləri mobil internet vasitəsilə proqram təminatını yeniləməyin mümkünsüzlüyü ilə bağlı dəfələrlə ABŞ şirkətinə şikayət ediblər. Məsələn, bu yaxınlarda çıxarılmış “iOS 11.3.1” yeniləməsinin tutumu 38 MB-dır, ancaq istifadəçilər “Wi-Fi” qoşulma olmadan bu yeniləməni quraşdıra bilməyib. İstifadəçilərin əksəriyyəti şirkətdən bu məhdudiyyəti ləğv etməyi xahiş ediblər.

Yenilik yalnız smartfonlar deyil, həm də SİM-kart üçün slota malik olan “iPad” üçün keçərlidir. Yeniliyin 4 iyun tarixində təqdim ediləcək “iOS 12” sistemində də tətbiq ediləcəyi təxmin edilir.

Emil Hüseynov





Baxış sayı: 330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024