12px13px15px17px
Tarix:04/05/18

“NASA” kosmik nüvə reaktorunu sınaqdan keçirib

ABŞ Kosmik Agentliyi (NASA) Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) dəstəyi ilə ölkənin Ay və Marsda gələcək bazalarının, eləcə də Günəş sisteminin ən uzaq guşələrinə missiyalar zamanı kosmik aparatların enerji ilə təmin edilməsi üçün nəzərdə tutulan “Kilopower” energetik qurğusunu sınaqdan keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, kosmik aparatlarda adətən enerji mənbəyi qismində günəş batareyalarından istifadə olunur. Lakin problem ondadır ki, Günəşdən uzaq məsafədə enerji yetərli olmaya bilər. Variant kimi termoelektrik generatorlardan istifadə etmək olar, lakin onların gücü nisbətən zəifdir – təxminən bir neçə yüz vatt. Bundan başqa, əksər oxşar generatorlar pluton-238 radioaktiv nuklidi ilə işləyir.

İdeal variant Ayda perspektiv ABŞ bazalarının enerji ilə təmini üçün yararlı olacaq nüvə energetik qurğuları ola bilər. Onlar 14 günlük Ay gecəsi zamanı Günəş işığından məhrum olacaq. Bu səbəbdən ötən ilin sonunda “NASA” tərəfindən “Kilopower” layihəsi istifadəyə verilib. Layihə çərçivəsində kosmik istifadə üçün sadə və etibarlı nüvə qurğularının hazırlanması planlaşdırılıb.

Məlumata görə, belə reaktorlardan yanacaq qismində gücü 1-10 kilovat təşkil edən uran-235 radioaktiv nuklidindən istifadə edilir. Hər nüvə qurğusunda içiboş yanacaq silindri quraşdırılıb. Onun daxilində yubandırıcı ox, çölündə isə berillium oksidi neytronları reflektoru var. Bundan əlavə, termoelektrik çeviricilər əvəzinə, natrium istilikdaşıyıcısına malik Stirlinq mühərrikindən istifadə edilib.

Nevada ştatında poliqonda keçirilən uğurlu sınaqlardan sonra məlum olub ki, “Kilopower” qurğusu müxtəlif vəziyyətlərdə işlək, stabil və təhlükəsizdir.

Nizam Nuriyev





Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024