12px13px15px17px
Tarix:10/05/18

1 il ərzində internet istifadəçilərinin 172 milyard dolları oğurlanıb

2017-ci ildə dünyanın 20 ölkəsindən 978 milyon istifadəçi fırıldaqçıların qurbanı olub. İnternet istifadəçilərindən oğurlanmış məbləğin həcmi 172 milyard dollara bərabərdir.
 
“Symantec” şirkəti tərəfindən tərtib edilmiş “Norton Cyber Security Insights” adlı hesabata görə, yuxarıda göstərilən məbləğ müxtəlif internet fırıldaqlar nəticəsində internet istifadəçilərindən oğurlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, əksər hallarda hakerlərin qurbanı evdə və işdə çoxlu sayda qurğudan istifadə edən və eyni zamanda kibertəhlükəsizliyin əsasları haqda zəif təsəvvürə malik insanlar olurlar.
 
Kibercinayətkarlıqla bağlı məlumatlar yalnız dünyanın 20 ölkəsi üzrə əlçatandır. Həmin ölkələr aşağıdakılardır: Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Honkonq, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Niderland, Yeni Zelandiya, BƏƏ, Sinqapur, ABŞ, İsveç, Fransa və Yaponiya.
 
Hesabatda deyilir ki, internet üzərindən keçirilmiş cinayətin hər bir qurbanı orta hesabla təxminən 142 dollar itirib.
 
Ən çox çinli istifadəçilər zərər görüb: 353 milyon nəfər ümumilikdə 66 milyard dollar itirib.
 
Emil Hüseynov




Baxış sayı: 349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024