12px13px15px17px
Tarix:14/05/18

Startapçı zərərli qazları oksigenə çevirəcək

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə "İdeyadan biznesə" layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir. Məlum olduğu kimi, ilk startap turu Mingəçevir şəhərində keçirilib.
 
Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, "Microsoft" şirkətinin təşkilatçı, "Azercell" şirkəti və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşı olduğu startap turu zamanı keçirilən müsabiqədə Mingəçevir şəhəri üzrə birinci yerin sahibi "Oxy Generator" layihəsi ilə Rəhman Cəfərli olub.
 
Startap turunun ilk qalibi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində mütəxəssislərin köməyi ilə layihəsini təkmilləşdirir. O, qalib layihəsi ilə Bakıda keçiriləcək Milli Finala iştirak hüququ qazanıb. Bununla belə, qəhrəmanımız Milli Finalda da qalib gəlmək arzusundadır. Ümid edir ki, onun layihəsi biznes subyektinə çevrilməyi bacaracaq və  24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihəsini böyük auditoriya qarşısında təqdim ediləcək. Bəs gəlin görək, birinciliyə layiq görülən "Oxy Generator" layihəsinin məqsədi nədir?
 
Layihə və müəllif haqda daha ətraflı məlumat əldə etmək üçün üz tutduq Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinə. Rəhman öz komanda yoldaşı ilə artıq iş başında idi. Qalibimiz deyir ki, Yüksək Texnologiyalar Parkının gülərüz və səmimi idarə heyəti, səliqəli və komfortlu iş otaqları onlara layihələrini daha tez bir zamanda inkişaf etdirməyə enerji verir.
 
"Hazırda layihə üzrə işlər ilkin mərhələdədir. Maket hazırlıqları üzərində çalışırıq. Bizə bu işdə "İdeyadan biznesə" startap turunun komandası kömək edir. Bizi qarşıda Milli Final gözləyir. Finalda birinci yer uğrunda mübarizəyə var gücümüzlə hazırlaşırıq" - deyə o qeyd edir.
 
"Oxy Generator" layihəsinin üzərində 3 il öncə çalışdığını bildirən həmsöhbətimiz Tayvanın Taypey şəhərində layihəsinin I yer tutduğunu da qeyd edib.
 
"Layihəmizin əsas məqsədi zavodlardan çıxan və ətraf mühiti çirkləndirən zərərli qazların zərərsizləşdirilərək, oksigenə çevrilməsini təmin etməkdir. Biz "Oxy Generator" layihəsi olaraq əvvəl ideya idik, sonra layihəyə çevrildik. İndi isə layihəmizi biznesə çevirmək istəyirik. Hədəfimiz gələcəkdə rəqibsiz şirkətə çevrilməkdir. Fürsətdən istifadə edib, ideyası olan bütün gənclərə səslənirəm ki, startap turları həqiqətən layihələrini həyata keçirmək üçün yaxşı şansdır. Qarşıdakı turlara siz də qoşulun və ideyanızı biznesə çevirin".
 
Qeyd edək ki, Rəhman Cəfərli Tibb Universitetində təhsil alıb. 40-dan çox beynəlxalq və yerli layihələrdə çalışıb.











Baxış sayı: 5312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Yanvar 2019

23 01 2019

23/01/19
Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar 

23/01/19
“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib

Çinin “Xiaomi” şirkətinin prezidenti Lin Bin yanvarın 23-də “Weibo” sosial şəbəkəsindəki səhifəsində 

23/01/19
Kripto cüzdanlara müdaxilə edən yeni virus aşkar edilib

"Doktor Veb" şirkətinin mütəxəssisləri tərəfindən kriptovalyuta cüzdanlarından parolları oğurlayan kompüter 

23/01/19
“Google Play” mağazasında saxta “GPS” mobil proqramlar aşkarlanıb

“Eset” antivirus şirkəti “Google Play” mağazasında 50 milyon dəfədən çox yüklənilən 15-ə yaxın 

23/01/19
Yeni “Samsung” smartfonlarına oyunları sürətləndirən texnologiya tətbiq ediləcək

Avropada Cənubi Koreyanın “Samsung” şirkətinin “Neuro Game Booster” adlı texnologiya üçün 

23/01/19
“Apple” 2020-ci ildə LCD displeylərindən imtina edəcək

“Apple” korporasiyası 2020-ci ildən etibarən smartfonlarda LCD (maye kristal) ekranların tətbiqindən 

23/01/19
“iPhone” smartfonu əsasında noutbuk yaradılacaq

“Apple” şirkəti “iPhone” smartfon modeli əsasında noutbukun yaradılması üsulunu təsvir edən 

23/01/19
“Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı smartfon məlum olub

“Lenovo Z5 Pro GT” cihazı “Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı 

23/01/19
“WhatsApp”ın fəaliyyətində qlobal nasazlıq yaranıb

“WhatsApp” messencerinin istifadəçiləri nasazlıqla üzləşiblər. ICTnews” Elektron Xəbər Xidməti