12px13px15px17px
Tarix:15/05/18

“Apple” şirkəti təyyarə qəzasında təqsirləndirilir

2016-cı ilin mayında Aralıq dənizi üzərində təyyarə qəzasında həlak olanların qohumlarının vəkilləri “Apple” şirkətini məhkəməyə veriblər. İddiaçıların fikrincə, təyyarə alovlanan “iPhone” və ya “iPad” qurğusuna görə qəzaya uğrayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, hazırda iddianın hansı məhkəməyə verilməsi və məbləği məlum olmasa da, iddiaçıların qənaətinə görə, təyyarənin yanmasına və yerə düşməsinə şturmanın kabinədə cihaz paneli üzərinə qoyduğu “Apple” qurğusu səbəb ola bilər. Şayiələrə görə, bu ya “iPhone 6S” smartfonu, ya da “IPad Mini” planşeti olub.
 
Bildirilir ki, Aralıq dənizi üzərində faciədə smartfonun mümkün rolu barədə informasiya ötən ilin əvvəlində yayılmağa başlayıb. Bu nəzəriyyənin tərəfdarları güman edir ki, qurğunun partlayaraq yanğına və ya cihazların qısa qapanmasına səbəb olması nəticəsində hava gəmisi yüksəkliyi itirməyə başlayıb. Smartfonun partlamasını dolayısı ilə daha bir fakt təsdiq edir ki, təyyarə ilə əlaqənin itirilməsinə 7 dəqiqə qalmış dispetçerlər tərəfindən yanğın barədə xəbərdarlıq edən avtomatik həyəcan siqnalı alınıb.  
 
Qeyd edək ki, Parisdən Qahirəyə reys yerinə yetirən “EgyptAir” aviaşirkətinin “Airbus A320” təyyarəsi 2016-cı il mayın 19-da Aralıq dənizində qəzaya uğrayıb. Altmış altı nəfərin həyatına son qoyan qəzanın əsas versiyası terror aktı hesab olunur. Belə ki, həlak olanların qalıqlarının analizindən göyərtədə partlayışın baş verməsi məlum olub.  
 
Nizam Nuriyev





Baxış sayı: 55

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si