12px13px15px17px
Tarix:15/05/18

Azərbaycanda “Microsoft Imagine Cup 2018” müsabiqəsinin qalibləri müəyyənləşib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Gənclər və İdman nazirlikləri, Müəllif Hüquqları Agentliyi, "Microsoft Azərbaycan" şirkəti, "PAŞA Bank" və "Nar" mobil rabitə operatorunun dəstəyi ilə Azərbaycanda fevral ayında start götürən "Imagine Cup 2018" innovasiya müsabiqəsinin milli turuna yekun vurulub.
 
Milli mərhələ çərçivəsində 15 komanda layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edir ki, münsiflər unikal fikirləri, yenilikçi texnoloji həlləri, öz layihələrini layiqincə təqdim etmək bacarığını qiymətləndirib və gənc ixtiraçılara "Made in Azerbaijan" məhsullarını yaratmaqda dəstək olub.
 
Milli turda 9 ali təhsil müəssisəsi və "SABAH" qruplarından olan komandalar iştirak ediblər. Bu mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub.
 
Belə ki, müsabiqənin birinci yerinə "KubiRub" komandası layiq görülüb. Bu komanda məşhur "Rubik kubiki"nin mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubikin tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq. İkinci yeri həvəskar bələdçilər üçün mobil platforma ("Uber" və ya "Taxify"ın analoqu) hazırlayan "GidAmigo" komandası tutub. Həmin həll vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Üçüncü yerə isə "Ağıllı dibçək" layihəsinə görə "GardenX" komandası layiq görülüb.
 
Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Komandaların bu mərhələdəki layihələrini beynəlxalq ekspertlərdən ibarət, o cümlədən Azərbaycandan olan münsiflər heyəti qiymətləndirəcək.
 
Qaliblər "Imagine Cup 2018"in ABŞ-da keçiriləcək finalında iştirak etmək və layihənin gələcək inkişafı üçün nəzərdə tutulmuş və müsabiqənin əsas mükafatı sayılan 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcək.
 
"Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov billdirib ki, "Microsoft Imagine Cup" innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir: "Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara "Made in Azerbaijan" brendi ilə çıxarıla bilməsi üçün innovasiya ekosistem yaratmaq istəyirik".












Baxış sayı: 2537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Oktyabr 2019

16/10/19
“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan S

16/10/19
“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

“Adobe” şirkəti “Acrobat” və “Acrobat Reader”, “Experience Manager” və “Download

16/10/19
Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğun

16/10/19
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı 

16/10/19
“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayan

16/10/19
“Google Pixelbook Go” noutbukunun təqdimatı olub

“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

16/10/19
“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilm

16/10/19
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita”

15 10 2019

15/10/19
Dünyada ən sürətli enerji doldurma texnologiyasına malik telefon təqdim edilib

Çinin “Realme” şirkəti dünyada ən sürətli enerji doldurma texnologiyasına malik “X2 Pro” qabaqcıl smart

15/10/19
“Sony” xəstələrin həyatını xilas etmək üçün 3D avadanlıq təqdim edib

“Sony” dünyada oyun konsolları, televizorlar və başqa rəqəmli texnika istehsalçısı kimi tanınır, lakin

15/10/19
Rusiyada rəqəmli televiziyaya keçid başa çatıb

Rusiyanın bütün regionlarında analoq efir yayımı rəsmən dayandırılıb. Rəqəmli televiziya üçün

15/10/19
Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistan

15/10/19
EMEA regionunda kompüterlərin tədarükü 3 faiz yüksəlib

EMEA regionunda fərdi kompüterlərə tələbat artır. "Gartner" və "IDC" analitiklərinin məlumatı 

15/10/19
Kosmik lift layihəsi təqdim olunub

Kembric Universitetinin məzunları kosmik lift layihəsini təqdim ediblər.

15/10/19
Süni intellekt beyin fəaliyyətinin pozuntularını aşkarlayacaq

Rusiya və Almaniya neyrofizioloqlar qrupu beyinin elektrik aktivlik siqnallarını analiz edən və onun fəal

15/10/19
“Apple” ucuz “iPhone” təqdim edəcək

“Apple” korporasiyası 2020-ci ilin əvvəlində “iPhone SE 2” smartfonunu təqdim edəcək. Bu haqda tanınmış a