12px13px15px17px
Tarix:16/05/18

Süni intellekt insanları geyindirəcək

Corciya Texnologiya İnstitutunun mühəndisləri süni intellekt vasitəsilə insana xəstəxana paltarını geyindirməyi öyrənən robot yaradıblar. Bunun üçün robot kameralara ehtiyac duymur – o, parçanın dartılma gücünə əsaslanır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science www.naked-science.ru” resursuna istinadən yazır ki, plana görə, gələcəkdə xəstəxana və tibbi sosial müəssisələrdə xəstələrə kömək üçün işə başlayacaq “PR2” kod adlı robot hazırda öyrənməklə məşğuldur. Təlim prosesini sürətləndirmək üçün mütəxəssislər tərəfindən süni intellektin xalatı necə geyindirməsini nümayiş etdirən 11 min virtual nümunə yaradılıb. Onların arasında səhvsiz hərəkətləri və kobud səhvləri göstərmək olar. Nümunələrə əsaslanan alqoritm prosedur zamanı gücü tutuşduraraq ölçməyi mənimsəyib.
 
Tədqiqat rəhbəri doktor Zakkori Erikson bildirib ki, insanlar bacarıqları sınaq və səhvlər vasitəsilə öyrənirlər. “Biz “PR2” robotu üçün bu imkanı yaratdıq. İnsan üzərində minlərlə sınağın aparılması təhlükəli və yorucu olardı. Lakin bir günə simulyasiyaların öyrənilməsi robotda insanın geyinmə zamanı hansı hisslər keçirməsi barədə təsəvvür yaradıb”, - doktor qeyd edib.  
 
Bununla yanaşı, robot öz hərəkətlərinin nəticələrini proqnozlaşdırmağı öyrənir. O, manipulyasiyaların insana təsirini başa düşmək üçün saniyənin beşdə bir hissəsini proqnozlaşdırır. Tədqiqatçıların sözlərinə görə, vaxtın az olması səhvlərin sayını artırıb. Hazırda xalatın bir qolunu geyindirmək üçün süni intellektə 10 saniyə lazımdır. Mütəxəssislər əmindir ki, yaxın gələcəkdə vaxt azalacaq, robot isə bütün paltardəyişmə prosesini mənimsəyəcək.
 
Nizam Nuriyev
 






Baxış sayı: 18

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2018

21/05/18
Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən 

21/05/18
“Android” sistemli ən populyar smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 

21/05/18
Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar 

21/05/18
“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan 

21/05/18
Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa 

20 05 2018