12px13px15px17px
Tarix:16/05/18

“İdeyadan biznesə” layihəsi çərçivəsində məktəblilərin ideyaları qiymətləndirildi

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirlərdən biri kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı tərəfindən "İdeyadan biznesə" layihəsi çərçivəsində Bakı şəhərindəki 23 nömrəli orta məktəbin şagirdləri üçün məlumatlandırıcı təlim və startap müsabiqəsi keçirilib.
 
Təlim çərçivəsində məktəblilərə "İdeyadan biznesə" layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, orta məktəb şagirdləri də innovativ ideyalarını asanlıqla reallaşdıra bilərlər. Bunun üçün onlara startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələlərlə bağlı təlim keçirilib. Təlimçi qismində  Yüksək Texnologiyalar Parkının və  "AIESEC Azerbaijan"ın mütəxəssisləri çıxış edib.
 
Daha sonra uğurlu startap layihələrinin müəllifləri öz uğur hekayələrini şagirdlərlə bölüşüblər. "İdeyadan biznesə" startap turunun Mingəçevir üzrə qalibi "OxyGenerator" layihəsinin rəhbəri Rəhman Cəfərli və "Leap Motion" layihəsi ilə uğur qazanmış Kamran Qurbanlı layihələri barədə ətraflı məlumat veriblər.
 
Tədbir çərçivəsində keçirilən interaktiv hissədən sonra ideyası olan məktəblilər arasında müsabiqə keçirilib. Startap layihələrin təqdimatından sonra münsiflər tərəfindən layihələr qiymətləndirilib, rəy və təkliflər verilib.
 
Beləliklə, müsabiqədə I, II və III yerlərin qalibləri bəlli olub. Birinci yerə "Silver Technology", ikinci yerə "23 School Corporation", üçüncü yerə isə "Algasoft" layiq görülüb.
 
Tədbirin yekununda qaliblər mükafatlandırılıb. 




































Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024