12px13px15px17px
Tarix:17/05/18

“Huawei Honor 10” smartfonu rəsmən təqdim edilib

Çinin “Huawei” şirkəti Londonda əksər qabaqcıl qurğularla rəqabət apara biləcək nisbətən ucuz aparatlar sinfini davam etdirən “Honor 10” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, bundan əvvəl təqdim edilən “Huawei P20” modeli kimi, yeni “Honor” qurğusu baxış bucağından asılı olaraq rəngini dəyişən arxa şüşə panellə təchiz edilib. Yeni smartfonun ekranı 5,84 düym diaqonala, 2280*1080 piksel təsvir ölçüsünə malikdir. Operativ yaddaşı 4 giqabayt, quraşdırılmış yaddaşı isə 64 və ya 128 giqabayt təşkil edən smartfon “Kirin 970” prosessoru əsasında işləyir. Quraşdırılmış barmaq izi skaneri qurğunun ön tərəfində yerləşir və “Home” düyməsinə yerləşdirilib.
 
Məlumata görə, “Honor 10” 16 meqapikselli RGB modulun və 24 meqapiksel təsvir ölçülü əlavə monoxrom modulun daxil olduğu qoşa əsas kamera ilə təchiz olunub. Kamera fazalı avtomatik fokuslaşdırıcıya, təsvir sabitləşdirici sistemə malikdir və süni intellekt elementləri sayəsində çəkiliş zamanı müxtəlif səhnələri müəyyənləşdirə bilir. Smartfonun ön kamerasının təsvir ölçüsü 24 meqapiksel təşkil edir.
 
Yeni “Honor” smartfonunun akkumulyator tutumu 3400 milliamper/saata bərabərdir və sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. “EMUI 8.1” proqram təminatlı “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu “Wi-Fi”, “Bluetooth 4.2” modulları, “USB Type-C” və qulaqcıq çıxışları ilə təchiz edilib.
 
Satışına mayın 15-dən başlanan “Honor 10” smartfonunun 64 giqabaytlıq versiyasının qiyməti 400 avro, 128 giqabaytlıq versiyasının isə 450 avro təşkil edir.
 
Nizam Nuriyev
 
 





Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






10 Dekabr 2018

10/12/18
Yeni akkumulyator smartfonların 1 həftə şarjsız işləməsinə imkan verəcək

Batareyalar yeni materialdan hazırlanacaq. Alimlər 2015-ci ildə kimya üzrə Nobel mükafatı 

10/12/18
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, 

10/12/18
“OnePlus” şirkətinin direktoru: “5G” şəbəkəsini dəstəkləyən smartfonlar 300 dollar baha olacaq”

“OnePlus” şirkətinin baş direktoru Pit Lau “Qualcomm Snapdragon Tech Summit” konfransında 

10/12/18
Milyonlarla abunəçi nasazlığa görə mobil rabitəsiz qalıb

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti öz proqram təminatının nasazlığına 

10/12/18
“Google” şirkəti “Android” sistemli köhnə smartfonların dəstəklənməsini dayandıracaq

“Google” şirkəti “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

10/12/18
“iPhone” sahibləri “Apple” şirkətindən göndərilən spamdan şikayət ediblər

“iPhone” sahibləri “Apple” şirkətini zəhlətökən reklam elanlarının göndərilməsində ittiham edib.

10/12/18
Çin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq

Çinin “Commsat” innovativ şirkəti 2022-ci ilədək aşağı yerətrafı orbitdə “Əşyalar interneti” (IoT) 

10/12/18
Planet əhalisinin 50%-dən çoxu internetə çıxış imkanına malikdir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər 

10/12/18
Bu ilin 10 ən populyar “Android” smartfonu açıqlanıb

“AnTuTu” şirkəti 2018-ci il üçün “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

09 12 2018