12px13px15px17px
Tarix:17/05/18

“ICT News” 7 yaşını qeyd edir

7 il əvvəl onlayn xəbər xidməti kimi meydana gələn "ICT News" bu gün öz ad gününü qeyd edir.
 
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində ölkəmizdə və dünyada baş verən ən son yeniliklərlə bağlı gündəlik xəbərlər, həmçinin sektor üzrə ən son hadisələri özündə ehtiva edən yazılar, müsahibələr və digər informasiya janrlarında operativ məlumatlar təqdim etmək məqsədilə yaradılan xəbər xidməti 7 illik fəaliyyəti dövründə qarşısına qoyduğu bu vəzifələrin öhdəsindən layiqincə gəlib.
 
"www.ictnews.az" saytının yaradılması 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə assosiasiya olunur.
 
Onlayn mediada öz yerini möhkəmləndirməkdə davam edən saytda Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, baş verən yeniliklər, respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı, beynəlxalq rabitə sistemi, İKT sahəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq konfranslar, forumlar və digər tədbirlər, eləcə də, başqa aktual məsələləri əhatə edən yazıları oxumaq mümkündür.
 
Məqsədimiz Sizi müasir informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən ən son yeniliklərdən vaxtında xəbərdar etməkdir!
 





Baxış sayı: 3

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2018

21/05/18
Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən 

21/05/18
“Android” sistemli ən populyar smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 

21/05/18
Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar 

21/05/18
“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan 

21/05/18
Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa 

20 05 2018