12px13px15px17px
Tarix:17/05/18

Elektromobillərin satışı 59 faiz artıb

Bu ilin birinci rübündə dünyada elektriklə işləyən 312 400 avtomobil satılıb. Bu, ötən ilin analoji dövründən 59 faiz çoxdur. Bu barədə “ev-volumes.com” resursunda dərc edilən məlumatlarda deyilir. Statistikada qlobal minik avtomobillərinin və plagin-hibridlərin, eləcə də ABŞ, Kanada, Avropa və Çində kommersiya elektromobillərinin satışı nəzərə alınıb.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, 2018-ci ilin yanvar-martında elektrikə qoşulan hibridlərin populyarlığı 69 faiz, elektromobillərin isə 52 faiz artıb. Bundan başqa, üç ay ərzində 1076 yanacaq elementli elektromobil satılıb – hidrogenlə işləyən avtomobillərin sayı az olsa da, onlar ötən illə müqayisədə 34 faiz artım nümayiş etdirib. Birinci rübdə ən çox satılan yeni “Nissan Leaf” 22 min tədarük edilən avtomobillə birinci olub. Çoxdan gözlənilən “Tesla Model 3” isə 8 min ədəd satılan avtomobillə reytinqdə 10-cu yeri tutub.

Hesabat dövründə daha çox sürətli artım Çin (+113 faiz), Kanada (+114 faiz), Niderland (+122 faiz), Cənubi Koreya (+138 faiz), İspaniya (+118 faiz), Finlandiya (+144 faiz) və Avstraliya (+132 faiz) elektromobil bazarlarında qeydə alınıb. Elektromobillərin konkret bazarların ümumi həcmində payına gəldikdə, ənənəvi lider Norveç olaraq qalır. Ölkədə satılan yeni maşınların 46 faizini elektromobillər təşkil edib. Bu göstərici üzrə ikinci yerdə İslandiya  (26 faiz), üçüncüdə İsveç (7 faiz) qərarlaşıb. Daha böyük dövlətlərdə elektromobillərin bazar payı 2,5 faizə bərabər olub.

Nizam Nuriyev





Baxış sayı: 3

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2018

21/05/18
Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən 

21/05/18
“Android” sistemli ən populyar smartfon hansıdır?

“Counterpoint Research” analitik şirkəti martın nəticələrinə görə Çinin “Xiaomi” şirkətinin “Redmi 

21/05/18
Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar 

21/05/18
“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan 

21/05/18
Yeni nanobatareya elektronikanı dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa 

20 05 2018