12px13px15px17px
Tarix:21/05/18

“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan istifadəni təsdiq edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, bu konstruksiya məxsusi olaraq böyük təyyarələrin anqarlarda hərəkət etmələri üçün hazırlanıb. Hava gəmisi anqarda saxlanılmamışdan əvvəl qanadların ucları qatlanaraq qaldırılacaq.

Məlumata görə, yenilik qanadlarının eni 79,9 metr təşkil edən ikigöyərtəli “А380 Airbus SE” təyyarəsi üçün böyük əhəmiyyət kəsb edir. Belə təyyarələr üçün anqarlara bütün aeroportlarda rast gəlinmir. “Boing” şirkəti artıq şarnir mexanizmli təyyarələr hazırlamağa başlayıb.

ABŞ Federal Mülki Aviasiya İdarəsi şirkəti təyyarələrin uçuş zamanı qanadların uclarının qalxmasını bloklayan funksiya və pilotlara qanadların hansı vəziyyətdə olmasını bildirən xəbərdaredici sistemlərlə təchiz edilməsi ilə bağlı xəbərdarlıq edib.

Nizam Nuriyev





Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024