12px13px15px17px
Tarix:21/05/18

Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

ABŞ sərmayədarı və iş adamı, “Pay Pal” ödəniş sisteminin həmtəsisçisi Piter Til tam suda yerləşən dünyanın ilk dövlətinin inşasına 50 milyon dollar investisiya yatıracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, biznesmen tanınmış alim və arxitektorlarla əməkdaşlıqda, eləcə də Polineziya hökumətinin dəstəyi ilə sakinləri 300 iri obyektdə məskunlaşacaq minidövlət yaratmağı planlaşdırır. 

Layihə üzərində işdə iştirak edən Uorvik Universitetinin alimləri hesab edir ki, süni ada dövləti “Vayron” rəqəmli valyutasına malik tam müstəqil ölkə yaratmağa imkan verəcək. Layihə günəş panelləri və yüksək tutumlu elektrik enerji anbarları kimi möhkəmliyi ilə seçilən müasir materialların və enerjiyə qənaətcil texnologiyaların tətbiqi ilə yerinə yetiriləcək.  

Obyekt qoruyucu baryerlə əhatə olunan 118 adadan ibarət vahid bütöv konstruksiya şəklində olacaq. Unikal arxitektura kompleksinin tikintisi Taiti sahillərində nəzərdə tutulur.  

Nizam Nuriyev





Baxış sayı: 360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024