12px13px15px17px
Tarix:22/05/18

“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin nümayəndə heyəti "Hökumət buludu" (G-cloud) layihəsi çərçivəsində Belarusun "bulud"a inteqrasiya təcrübəsi ilə yaxından tanış olub.
  
Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən "AzInTelecom" nümayəndə heyəti "bulud" həlləri, "bulud"a inteqrasiya, Belarus dövlət qurumlarının "bulud"dan isitifadə tendensiyaları, eləcə də "Hökumət buludu"nun yaradılması və ona keçid perspektivlərini müzakirə ediblər.
  
Görüşlər zamanı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, iki ölkənin İKT sahəsi üzrə əlaqələrin inkişafı, xüsusilə "Hökumət buludu"nun yaradılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları haqqında təkliflər irəli sürülüb.
 
Məlumat üçün bildirək ki, "Hökumət buludu"nun (G-Cloud) yaradılması "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin tərkib hissəsidir.





Baxış sayı: 473

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024