12px13px15px17px
Tarix:23/05/18

“Microsoft” süni intellekt sahəsində Çinlə əməkdaşlığı genişləndirir

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri olan "Microsoft Corp" süni intellekt sahəsində Çinin universitetləri, müəssisələri və elmi-tədqiqat institutları ilə əməkdaşlığı genişləndirməyə çalışır. Bu haqda "China Daily" qəzeti məlumat yayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, "Çin ən dinamik inkişaf edən bazarlardan biridir, 400 mindən çox yerli proqram təminatı istehsalçısı müxtəlif proqramların yaradılması üçün "Microsoft"un platforma və texnologiyalarından istifadə edir, onların 100 mindən çoxu isə süni intellekt sahəsində həllər hazırlayır" – qəzet şirkətin icraçı vitse-prezidenti Harri Şumdan sitat gətirib. "Çinlə əməkdaşlığı genişləndirməklə biz ölkə bazarında yeni imkanlar yaratmağa ümid edirik" – o deyib.

Məlumata görə, ABŞ şirkəti yaxın gələcəkdə Çinin "China Mobile" rabitə provayderi, "DJI" dron istehsalçısı, həmçinin Pekin universiteti ilə əməkdaşlığa başlayacaq.

Emil Hüseynov






Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024