12px13px15px17px
Tarix:23/05/18

“HTC U12+” adlı qabaqcıl smartfon rəsmən təqdim edilib

“HTC” şirkəti tərəfindən təqdim edilmiş yeni “HTC U12+” smartfonu əvvəlki “HTC U11+” modelinin yenilənməsidir.

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, “HTC U12+” smartfonu sələfi kimi 6 düymlük formatda hazırlanıb, ancaq indi “Super LCD6” matrisi “HDR10” və “DCI-P3” texnologiyalarını dəstəkləyir. Tərəflər nisbəti 18:9 olan displeyin təsvir ölçüsü 2880×1440  nöqtə təşkil edir. “IP68” standartı üzrə müdafiə sisteminə malik korpus "Edge Sense" texnologiyasını dəstəkləyir. Bu texnologiyanın köməyi ilə smartfonun yan tərəflərini sıxmaqla onu idarə etmək olar. Smartfon qara, qırmızı və ya yarımşəffaf göy rəngli korpuslarda əlçatan olacaq.

Yeni smartfonda “Qualcomm Snapdragon 835” prosessorunun əvəzinə daha məhsuldar “Qualcomm Snapdragon 845” prosessoru istifadə olunur. Əməli yaddaşın tutumu 6 QB-dır. Smartfonun versiyasından asılı olaraq daxili yaddaş tutumu 64 QB və ya 128 QB təşkil edir, lakin hər iki halda “microSD” yaddaş kartlarının köməyi ilə daxili yaddaşı artırmaq mümkündür. Batareyanın tutumu 3500 milliamper/saat təşkil edir ki, bu da sələfinin göstəricisindən (3930 mAs) aşağıdır, amma indi “Qi” simsiz enerjidoldurma texnologiyası dəstəklənir.

Smartfonun əsas kamerası “OIS” və faza/lazer avtofokus dəstəkli 12 meqapiksellik “UltraPixel” sensoruna əsaslanır. Əlavə modulda ikiqat optik zuma malik 16 meqapiksellik datçik mövcuddur. Ön kamera, həmçinin ikiqat sxem üzrə hazırlanıb və iki ədəd 8 meqapiksellik moduldan ibarətdir. “HTC U12+” smartfonu “USB-C” portu ilə təchiz edilib. Sözügedən model hələ ki “Android 8.0 Oreo” platformasının idarəetməsi altında işləyəcək, ancaq istehsalçı “Android P” sisteminə keçilməsinə dair söz verib.

Emil Hüseynov





Baxış sayı: 344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024