12px13px15px17px
Tarix:24/05/18

Kompüter virusu 500 min qurğuya hücum edib

ABŞ-ın "Cisco Systems" şirkəti dünyanın 50-dən çox ölkəsində təxminən 500 min kompüter qurğusunun yeni tip zərərli proqram təminatına yoluxması ilə bağlı xəbərdarlıq edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, məlumata görə, "VPNFilter" şərti adlı virus əsasən şəbəkə aparaturasına, o cümlədən marşrutlayıcı və toplayıcılara hücum edir. Zərərli kod həm saytlar haqqında məlumatları oğurlaya, həm də qurğuları sıradan çıxara bilər.
 
Şirkət ekspertləri qeyd edir ki, 54 ölkədə yaranması aşkarlanan "VPNFilter" xüsusilə Ukraynada aktiv şəkildə yayılır.
 
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə keçiriləcək futbol üzrə Çempionlar Liqasının final oyunu ərəfəsində dövlət strukturlarına mümkün miqyaslı kiberhücum barədə məlumat verib.
 
Nizam Nuriyev





Baxış sayı: 509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024