12px13px15px17px
Tarix:24/05/18

Ən böyük şəffaf elastik ekran nümayiş olunub

“LG Display” şirkəti ekranlar sənayesinin inkişafını davam etdirərək “Society for Information Display” tədbirində üzvi işıq diodları əsasında dünyanın ən böyük panelini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, 77 düym diaqonallı panelin “OLED” matrisası şəffaf və elastik olması ilə diqqəti cəlb edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, ekranı 80 millimetrlik radiuslu borucuq şəklinə salaraq bükmək mümkündür.  
 
Bildirilir ki, displeyin təsvir ölçüsü 3840 х 2160 piksel təşkil edir ki, bu da “Ultra HD/4K” standartına uyğundur. Ekranın şəffaflığı 40 faizə bərabərdir. Panelin içindən displeyin arxasında yerləşən obyektləri asanlıqla görmək olar.
 
Təqdim edilən panel nümayiş üçün nəzərdə tutulan nümunədir və bir nüsxədən ibarətdir. Şirkət seriyalı istehsala hazırlaşsa da, onun satışa çıxarılma müddəti barədə məlumat vermir.
 
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər nazikliyi, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.
 
Nizam Nuriyev





Baxış sayı: 358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024