12px13px15px17px
Tarix:24/05/18

8 il ardıcıl olaraq dünyanın ən bahalı brendi adına layiq görülən şirkət hansıdır?

ABŞ-ın “Forbes” jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib. Reytinqdə “Apple” korporasiyası 8 il ardıcıl olaraq liderdir.

“ICTnews” Elektron Xəbər Xidməti “vc.ru” saytına istinadən yazır ki, sözügedən jurnal “Apple” brendini 182,8 milyard dollar dəyərində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 8% yüksəkdir.

“Google” korporasiyası üçüncü il ardıcıl olaraq reytinqdə ikinci yeri tutub. Bu dəfə internet nəhənginin brendi 132,1 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da illik müqayisədə 30% artım deməkdir. Reytinqin üçüncü pilləsində qərarlaşmış “Microsoft” korporasiyasının brendi 104,9 milyard dollar dəyərində qiymətləndirilib.

İlk beşlikdə, həmçinin “Facebook” və “Amazon” şirkətləri yer alıblar.

Dünyanın 100 ən bahalı brendinin ümumi dəyəri bir ildə 10% yüksələrək 2,15 trilyon dollar təşkil edib.

Emil Hüseynov





Baxış sayı: 361

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024