12px13px15px17px
Tarix:25/05/18

KİV nümayəndələri Data Mərkəzlə tanış oldu

Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və "AzInTelecom" MMC-nin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi" mövzusuna həsr olunmuş təlim keçirilib.
 
Birgünlük təlimdə 20-dən çox media nümayəndəsi iştirak edib.
 
Təlimin məqsədi "bulud" texnologiyalarının biznesdə tətbiqinin yarada biləcəyi imkanlar və üstünlüklər barədə məlumat vermək olub.
 
Tədbirdə çevik və sərfəli "bulud" həllərinin tətbiqi nəticəsində istismar xərclərinin 30-40% azaldılması, kapital xərclərinin isə sıfıra endirilməsi vurğulanıb. Qeyd edilib ki, məhz səmərəliliyin artması sayəsində getdikcə daha çox şirkət öz biznesini qurarkən "bulud" xidmətlərindən yararlanır.
 
Təlim zamanı KİV nümayəndələri üçün Data Mərkəzinə tur təşkil olunub.
 
Data Mərkəzinin texniki imkanları, təqdim olunan xidmətlər, iş fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.
 
Qeyd edilib ki, məlumatların saxlanmasında əsas amil informasiya təhlükəsizliyinin təmin olunmasıdır ki, "AzInTelecom" MMC-nin Data Mərkəzinin informasiya təhlükəsizliyinin idarə olunması üzrə ISO 27001 sertifikatına malikdir. Bu da məlumatların etibarlı və təhlükəsiz mühitdə qorunmasına zəmanət verir.
Həmçinin bildirilib ki, Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III sertifikatına malik ilk Data Mərkəzidir. Məlumat verilib ki, TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəz sahəsi 700 m2-dən çox olan server dayaqlarına malikdir və verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçirir.

Xatırladaq ki, Data Mərkəzi 2016-cı ilin dekabrında istismara verilib.
 
























Baxış sayı: 485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Noyabr 2018

15 11 2018

15/11/18
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

ABŞ-ın müvəqqəti işlər vəkili Vilyam Gil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 

15/11/18
Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Azərbaycan nümayəndə heyəti Fransa hökumətinin YUNESKO-nun baş qərargahında 

15/11/18
Bu robot Sinqapurda keçirilən “ASEAN” sammitində əlavə təhlükəsizliyi təmin edib

Sinqapurda keçirilən “ASEAN 2018” sammitində 360 dərəcə fırlana bilən kameraya malik və yanıb-sönən 

15/11/18
Güclü fırıldaqçı virus yenidən yayılmağa başlayıb

Ötən il dünya kompüterlərinə hücum edən güclü “WannaCry” fırıldaqçı proqram təminatı ən geniş 

15/11/18
Hindistan müasir rabitə peykini orbitə çıxarıb

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı Şrixarikota adasında yerləşən kosmodromdan “GSAT-29” adlı 

15/11/18
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq 

15/11/18
Atəşdən sonra polis çağıran tapança yaradılıb

“Axon” şirkəti “Pulse +” adlı innovativ elektroşok silahı hazırlayıb.

15/11/18
“Nokia” şirkəti yeni düyməli telefonunu təqdim edib

“Nokia” brendinə məxsus qurğuları işləyib hazırlayan Finlandiyanın “HMD Global” şirkəti “Nokia 106

15/11/18
Ən geniş yayılmış kibertəhdidlər açıqlanıb

İnformasiya təhlükəsizliyinin təmini üçün “Check Point Software Technologies” həllər istehsalçısı