12px13px15px17px
Tarix:26/05/18

Yüzlərlə smartfon modelində öncədən quraşdırılmış zərərli proqram təminatı aşkar edilib

“Avast” antivirus şirkəti “Android” sistemi ilə işləyən bir neçə yüz smartfon modelində istifadəçilərə zəhlətökən reklam göstərən öncədən quraşdırılmış proqram aşkar edib. Məlum olub ki, bu proqram Rusiya, İtaliya, Almaniya, Böyük Britaniya və ABŞ daxil olmaqla 100-dən çox ölkədə satılan 18 min qurğuda öncədən quraşdırılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, "Cosiloon adlı zərərli proqram təminatı brauzerdə veb səhifənin üzərindən reklamdan ibarət üzə çıxan pəncərə göstərir – yalnız son ayda minlərlə istifadəçi bu proqramdan zərər görüb" – “Avast” şirkətinin rəsmisi deyib. Reklam troyanı, məsələn, “ZTE”, “Archos” və “myPhone” istehsalı olan smartfonlarda aşkar edilib. Bu halda  smartfonların əksəriyyəti “Google” tərəfindən  sertifikatlaşdırılmayıb.
 
Zərərli proqram təminatını silmək elə də sadə deyil. Belə ki, proqram silindiyi halda cinayətkarlar istənilən vaxt onu yenidən yükləyə bilərlər. Bundan başqa, istehsalçı proqram təminatını yenilədikdə sözügedən zərərli proqram təminatının yenidən qurğuya düşmək ehtimalı yüksəkdir.
 
Reklamdan başqa aparata məsafədən izləmə və pul oğurlamaq niyyətli proqram yükləmək mümkündür.
 
“Google” şirkəti artıq bu problem barədə xəbərdar edilib. "Google Play Müdafiə" “Cosiloon”u identifikasiya etdikdən sonra yoluxmuş qurğuların sayı xeyli azalıb" – “Avast” şirkətinin rəsmisi deyib.
 
Emil Hüseynov




Baxış sayı: 427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024