12px13px15px17px
Tarix:26/05/18

Çərçivəsiz “Vivo Z1” smartfonu rəsmən təqdim edilib

Çinin “Vivo” şirkəti yeni “Vivo Z1” smartfonunu təqdim edib.
 
“Vivo Z1” smartfonu Full HD+ (2280x1080 piksel) təsvir ölçülü və tərəflər nisbəti 19:9 olan 6,27 düymlük IPS dipsley, 13+2 meqapiksellik əsas kamera, 12 meqapiksellik ön kamera ilə təchiz edilib. Süni intellekt əsasında işləyən funksiyalar, həmçinin sifətə görə istifadəçinin tanınması və blokdan çıxarılması nəzərdə tutulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, aparat səkkiznüvəli “Qualcomm Snapdragon 660” prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili fləş kartla (“microSD” formatlı kartın köməyi ilə yaddaşın tutumunu 256 QB-dək artırmaq mümkündür) təchiz edilib. Akkumulyator batareyasının tutumu 3260 milliamper/saat təşkil edir. 2 ədəd SİM-kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5”, GPS dəstəklənir. Smartfon “Funtouch OS 4.0” interfeysli “Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyir.
 
“Vivo Z1” smartfonu qara, göy və qırmızı rənglərdə təklif edilir. Qiyməti təxminən 280 ABŞ dolları təşkil edir. 4 iyun 2018-ci ildən smartfonun satışına başlanılacaq.
 
Emil Hüseynov




Baxış sayı: 319

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024