12px13px15px17px
Tarix:29/05/18

Avropada hərbi robotlar yaradılacaq

Avropa Müdafiə Fondu yaxın vaxtlarda hərbi robotların yaradılması üçün 590 milyon dollar məbləğində vəsait ayrılmasını təsdiq etmək niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, əksər silah istehsalçılarının layihədə iştirak edərək öz texnologiyalarını təqdim edəcəyi gözlənilir.
 
Bildirilir ki, Avropa istehsalçıları tərəfindən döyüş robotlarının əsas hissəsi neyron şəbəkələrinin və insanın nəzarət etmədiyi zaman müstəqil öyrənən süni intellekt proqramlarının tətbiqi ilə yaradılması planlaşdırılır.
 
Robot qatillərin yaradılmasını nəzərdə tutan rezonanslı qanun layihəsi bir sıra rəsmi şəxslər tərəfindən mənfi qarşılanıb. Avropa Parlamentinin deputatları əmindir ki, belə qurğuların yaradılması etikaya sığmamaqla yanaşı, bəşəriyyətin mövcudluğu üçün birbaşa təhlükə törədir.
 
Nizam Nuriyev





Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024