12px13px15px17px
Tarix:24/10/11

Stiv Cobs: “Mən Mark Sukerberqlə fəxr edirəm”

“60 Minutes” verilişinə bu yaxınlardakı müsahibəsində Stiv Cobsun bioqrafı Uolter İsaakson tamaşaçılara “Apple” banisi ilə aralarındakı söhbətlərdən bəzi hissələri dinləmək imkanı yaradıb. “60 Minutes” verilişinin televiziya versiyasına düşməyən hissələrdən birində Cobs rəqiblərə olan münasibətindən danışıb.

Stiv Cobs bildirib ki, “Facebook” sosial şəbəkəsinə heyrandır və onun yaradıcısı Mark Sukerberqə böyük hörmətlə yanaşır. "Mən sosial şəbəkə sahəsində “Facebook”dan əlavə digər bir resurs görmürəm.

Yalnız “Facebook”, bu sahədə tamamilə hökmrandır. Mən Mark Sukerberqə ona görə hörmət edirəm ki, o satılmadı və ciddi şirkəti yaratmaq istəyir" - Cobs bildirib.

“Apple”-ın keçmiş rəhbəri, həmçinin bildirib ki, Larri Peyclə “Google” şirkətinin icraçı direktoru olduqdan sonra görüşüb, ona müxtəlif sahələrdə bir çox məhsullar yaradaraq “Microsoft”un səhvlərini təkrarlamamaq üçün bir neçə məsləhət verib.

Bundan başqa, Cobs Peycə CEO rolunda çox xeyirxah olmamağı məsləhət görüb. Qeyd edək ki, “Apple” şirkətinin banisi Stiv Cobs 2011-ci il oktyabr ayının 5-də 56 yaşında dünyasını dəyişib.



Baxış sayı: 1098

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 May 2024

03 05 2024