12px13px15px17px
Tarix:30/05/18

100 dollarlıq “Nokia 2.1” smartfonu rəsmən təqdim edilib

“HMD Global” şirkəti “Nokia 2.1” smartfonunu təqdim edib. Daha müasir aparat içliyi, tutumlu akkumulyator və 2 gün avtonom işləyə bilən bu model ötənilki “Nokia 2” qurğusunu əvəz edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon “HD” (720x1280 piksel) təsvir ölçülü 5,5 düymlük displey, ön stereodinamiklər, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kamera ilə təchiz edilib.

Bundan başqa, yeni smartfon dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 1 QB-lıq əməli və 8 QB-lıq daxili fləş yaddaşla (“microSD” formatlı kartların köməyi ilə yaddaşı 128 QB-dək artırmaq mümkündür) təchiz edilib. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.

2018-ci ilin iyulundan “Nokia 2.1” smartfonunun satışına başlanacaq. Qiyməti 115 dollar təşkil edəcək.

Emil Hüseynov





Baxış sayı: 299

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024