12px13px15px17px
Tarix:30/05/18

Yaralıları təxliyə edən dronun sınaqları keçirilib

İsrail Müdafiə Ordusu (IDF) yaralıların döyüş meydanından təhlükəsiz yerlərə daşınması üçün nəzərdə tutulan dünyanın ilk pilotsuz uçan aparatının uğurlu sınaqlarını keçirib. Qalile şəhərində yerləşən Meqiddo aerodromunda keçirilən sınaqlar çərçivəsində silah-sursatla təchiz edilmiş “Cormorant” dronu havaya qalxıb, eniş nöqtəsinədək uçub, yükü yerə endirib və yaralı əsgəri imitasiya edən tibbi manekeni özü ilə götürüb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Cormorant” (“Qarabatdaq”) İsrailin “Urban Aeronautics” şirkətinin “Tactical Robotics” törəməsi tərəfindən hazırlanıb. Üç yüz əlli kiloqramadək faydalı yük daşıyan təxliyə pilotsuz uçan aparatın uçuş məsafəsi saatda 160 km sürətlə hərəkət etməklə 32 km təşkil edir. Bu məsafə hərbçilər üçün aparatın cəbhə xəttinə çataraq yaralıları aparması üçün yetərli hesab olunur.

Məlumata görə, birmotorlu “Cormorant” korpusun altında yerləşən 2 metr diametrində iki pərlə uçur, irəliyə hərəkəti isə quyruq hissəsində quraşdırılan iki kiçik vint vasitəsilə edir.

Pərləri bir-birindən asılı olmayaraq idarə etməyə imkan verən sistem aparatın manevretmə qabiliyyətini artırmaqla ondan dağlıq, meşəlik və ya şəhər şəraitində, eləcə də güclü küləkli havada istifadəyə şərait yaradır. Gözlənilməz hadisə baş verəcəyi təqdirdə raketin buraxacağı paraşüt rahat enişi təmin edəcək.

Əvvəlki adı “AirMule” olan “Cormorant” pilotsuz uçuş aparatı 2013-cü ildə ilk dəfə avtonom rejimdə vertikal uçuşu yerinə yetirib, 2015-ci ildə isə təhlükəsizlik burazlarına bağlanmadan ilk uçuşu həyata keçirib.

Nizam Nuriyev
 






Baxış sayı: 368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024