12px13px15px17px
Tarix:04/06/18

“Huawei” şirkəti “Watch 2” smart saatını təqdim edib

Çinin “Huawei” şirkəti “Watch 2” (2018) smart saatını təqdim edib. Yeni cihaz LTE mobil rabitəsini dəstəkləyir, daxili GPS modula və alış-verişin təmassız ödənişi sisteminə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni qurğu 390x390 nöqtə təsvir ölçülü, 328 ppi piksel sıxlığı və “Gorilla Glass 3” qoruyucu şüşəsinə malik 1,2 düymlük AMOLED displeylə təchiz edilib. Ürək döyüntülərinin tezliyini ölçən datçik, barometr, akselerometr, hiroskop və elektron kompas nəzərdə tutulub.

Aparat 1,1 QHs takt tezliyində işləyən “Qualcomm Snapdragon Wear 2100” prosessoru ilə təchiz edilib və “Android Wear 2.0” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “IP68” standartı üzrə su və toza qarşı dayanıqlıdır.

Daşınan cihaz “Android 4.3” sistemi və yeni versiya ilə işləyən smartfonlara, həmçinin “iOS 8.2”-dən yuxarı versiyanın idarəetməsi altında işləyən “iPhone”a qoşula bilər. Akkumulyator batareyasının tutumu 420 milliamper/saat, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 768 MB və 4 QB təşkil edir.

Smart saatda reallaşdırılmış “eSIM” texnologiyası SİM kart almadan müvafiq sistemi dəstəkləyən istənilən mobil operatora qoşulmağa imkan verir. Sözügedən saatlar “Huawei Pay” ödəmə xidmətini dəstəkləyir.

Artıq satışa çıxarılmış “Huawei Watch 2” (2018) modelinin qiyməti 1688 yuan (təxminən 263 dollar) təşkil edir.

Emil Hüseynov





Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024