12px13px15px17px
Tarix:05/06/18

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vahid Çağrı Mərkəzi yaradıldı – “155”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi –"155" yaradılıb.
 
Belə ki, "155" saylı Çağrı Mərkəzinə "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC (Baktelekom), "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi, "AzEeuroTel", "Azdatacom", "Az.net", "Bakinternet" kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar.
 
Vahid çağrı mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, qurumların resurslarından daha səmərəli istifadə, müştərilər üçün  daha uyğun xidmətlərin hazırlanması, istək və müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir.
 
Çağrı mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt, veb-çat vasitəsi ilə cavablandırılması, elektron məktubların göndərilməsi, sorğu və anketlərin keçirilməsi, telefonla satış, sosial şəbəkələr vasitəsi ilə vətəndaşlarla əlaqə yaradılması kimi xidmətlər daxildir.
 
Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi, korporativ və ya xüsusi müştərilərə premium xidmətlərin göstərilməsi imkanları  da mövcuddur.
 
Vətəndaşlara həftənin 7 günü, 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində çoxşaxəli xidmət göstərilir. Çağrı Mərkəzində hazırda 60 operator çalışır və 2018-ci ilin sonunadək onların sayının 100-dək artırılması planlaşdırılır.
 
Operatorlar tərəfindən ay ərzində 100 000-dək sorğu cavablandırılır.
 
Qeyd edək ki, sonrakı mərhələdə xidmət spektri artırılaraq əhaliyə telefon və portal vasitəsilə onlayn müxtəlif gündəlik xidmətlərin (məsələn, qida sifarişi, taksi xidməti, restoranlar, teatrlar, idman müsabiqələri haqqında məlumatların verilməsi, bilet sifarişi, çeşidli konsyerj xidmətləri və s.) göstərilməsi nəzərdə tutulub.
















Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2018

20/09/18
Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya 

20/09/18
“KSK” açarının dəyişdirilməsi planı təsdiq edilib

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned 

20/09/18
“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim 

20/09/18
“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intelle

20/09/18
Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı 

19 09 2018

19/09/18
Növbəti startap turu Sumqayıtda keçiriləcək

“İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Sumqayıt şəhərində keçiriləcək. 

19/09/18
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə

19/09/18
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 

19/09/18
Düyməli telefonların rüblük tədarük həcmi yüksəlib

“Counterpoint Technology Market Research”in analitikləri smartfon və  “feature phone” sinfinə məxsus 

19/09/18
“Apple” ən gəlirli brend seçilib

“Counterpoint” şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən

19/09/18
“TESS” aparatı ilk şəkilləri Yerə göndərib

ABŞ Kosmik Agentliyinin (NASA) yeni “TESS” kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu 

19/09/18
İstənilən məhsulun orijinallığını müəyyən edən startap layihəsi

Məlumat verdiyimiz kimi, Cənubi Afrika Respublikasında təşkil edilən “ITU Telecom World 2018

19/09/18
“Əşyalar interneti” seqmentində kibertəhlükələrin sayı sürətlə artır

"Kasperski Laboratoriyası" tərəfindən keçirilmiş araşdırmaya görə, hakerlər “əşyalar interneti” qurğularına 

19/09/18
“Samsung” şirkəti “Galaxy J4+” və “J6+” smartfonlarını təqdim edib

“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4+” və “J6+”

19/09/18
Daşınan qurğular üçün süni intellektli ilk prosessor yaradılıb

Çinin “Xiaomi” şirkətinin dəstəklədiyi “Huami” brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan