12px13px15px17px
Tarix:07/06/18

Polşa poçtunun nümayəndəsi: “Şəbəkə” layihəsi poçt sahəsində atılan unikal addımdır”

Polşa poçtunun vitse-prezidenti və İdarə Heyətinin üzvü Vieslav Vlodekin rəhbərlik etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-də olublar.
 
"Azərpoçt" MMC-nin baş direktoru Emin Əfəndiyev qonaqlara  Azərbaycanda poçt sahəsində həyata keçirilən işlər və reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələr barədə ətraflı məlumat verib.
 
E.Əfəndiyev xüsusilə vahid məkanda poçt və telekommunikasiya xidmətləri təqdim edən "Şəbəkə" layihəsi, itirilən sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap" xidməti və Azərbaycanı regional tranzit poçtdaşıma mərkəzinə çevirən "HUB" layihəsi ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.
 
O bildirib ki, Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması, eləcə də Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb.

"Bunun nəticəsi olaraq Azərbaycan poçtu ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərir. "Azərpoçt" MMC elektron ticarət məhsullarını poçt kimi emal edərək, onların MDB və digər ölkələrə daşınma və çatdırılmasını həyata keçirir. Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır və yaxın zamanlarda daha iri həcmlərdə e-ticarət məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır" - deyə baş direktor qeyd edib.
 
Görüşdə qarşılıqlı olaraq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə olunub.
 
Polşa poçtunun nümayəndələri Azərbaycan poçtu ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. 
 
Sonra qonaqlar "Şəbəkə" xidmət mərkəzində yaradılan şəraitlə tanış olublar.
 
Polşa poçtunun Beynəlxalq əlaqələrin inkişafı və strategiyası şöbəsinin direktoru Krjiştof Qorski "Şəbəkə" layihəsini poçt sahəsində atılan unikal addım adlandırıb.
 
Qeyd edək ki, 460 il bundan əvvəl yaradılan Polşa milli poçt operatoru "Poczta Polska" Ümumdünya Poçt İttifaqının üzvü olan 192 ölkə arasında fəaliyyət tarixinə və inkişafına görə ilk 10-luqda yer alır. 




Baxış sayı: 4911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2020

21 09 2020

21/09/20
Ucuz “LG K42” smartfonu təqdim edilib

“LG” şirkəti “LG K42” adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizay

21/09/20
“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar

21/09/20
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nü

21/09/20
“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyas

21/09/20
Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilm

21/09/20
Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib

BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.

21/09/20
Kompüter virusu insan ölümünə səbəb olub

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı

21/09/20
Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dolla

21/09/20
“Microsoft” korporasiyası “Windows 10” sisteminə "Zoom”un rəqibini quraşdıracaq

Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir