12px13px15px17px
Tarix:25/10/11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycanda bütünlükdə informasiya-kommunikasiya sektoru çox uğurla inkişaf edir”

“Elektron hökumətin yaradılması ilə bağlı konkret təkliflər vardır. Azərbaycanda bütünlükdə informasiya-kommunikasiya sektoru çox uğurla inkişaf edir.

Beynəlxalq maliyyə qurumları da bu sahədə uğurlarımızı qeyd edirlər. Azərbaycanda indi genişzolaqlı internet geniş şəkildə tətbiq edilir.

İnternet istifadəçilərinin sayı 50 faizdən yuxarıdır. Bu, çox sevindirici haldır, nə qədər çox olsa, o qədər yaxşıdır. İKT ilə bağlı bütün başqa məsələlər həllini tapmaqdadır. Gələn il süni telekommunikasiya peykimiz orbitə çıxarılacaqdır.

Bu, sadəcə birinci addım olacaqdır. Ondan sonra ikinci, bəlkə də üçüncü peykin buraxılması da olmalıdır. Yəni, bu sahə inkişaf edir və ölkəmizin müasirləşməsinə xidmət göstərir. Sirr deyil ki, bundan sonrakı dövrdə dünyada elmi-texniki tərəqqi daha çox İKT sektoru ilə bağlı olacaqdır.

Biz həm qabaqcıl texnologiyaları tətbiq etməliyik, həm də peşəkar kadrları hazırlamalıyıq” - bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səsləndirmişdir.



Baxış sayı: 1209

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024