12px13px15px17px
Tarix:07/06/18

Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

İyunun 7-də Azərbaycan Texniki Universiteti (AzTU) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.
 
AzTU-da keçirilən imzalanma mərasimində universitetin rektor əvəzi, professor Xalıq Yahudov çıxış edərək bildirib ki, Azərbaycanda texnoloji sahənin inkişafı əsas prioritetlərdəndir. Bu mənada AzTU ilə NRYTN-in əməkdaşlığının kadr potensialının gücləndirilməsinə böyük töhfə verəcəyini deyən Xalıq Yahudov “YT Park”la birgə strateji addımlar atılacağını qeyd edib.
 
NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov isə çıxışında ali təhsil müəssisələri ilə istehsalat sahələrinin inteqrasiyasına diqqət çəkib. O bildirib ki, hazırda NRYTN müvafiq ekosistemin formalaşdırılması üçün lazımi addımlar atır.   
 
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli isə qeyd edib ki, kadr potensialının gücləndirilməsi üçün ali təhsil müəssisələri ilə istehsalat sahələrinin əməkdaşlığı vacibdir. Onun sözlərinə görə, Yüksək Texnologiyalar Parkı bu istiqamətdə sistemli işlər aparır. 
 
Qeyd edək ki, ilkin mərhələdə 5 illik müddəti əhatə edən əməkdaşlıq memorandumunda elmi-texniki innovasiya sahəsində əməkdaşlıq, müştərək layihələrin hazırlanması və icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi, gənc startapçıların yetişdirilməsi, dünya əmək bazarının tələblərinə uyğun, müasir düşüncəli, mütərəqqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması kimi məsələlər əksini tapıb.
 
Razılaşmaya əsasən, Yüksək Texnologiyalar Parkı texniki bacarıqları müəyyən etmək, müvafiq bazara çıxış proqramları ilə təminat, təhsil fəaliyyəti üçün birgə əməkdaşlıq, birgə proqramlarda tələbələri YTP-nin zəruri resursları ilə təmin etmək və bu kimi digər öhdəlikləri öz üzərinə götürüb.
 
AzTU isə “YT Park”ın məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində respublikada və xarici ölkələrdə həyata keçirdiyi tədbirlərdə, o cümlədən elm-təhsil layihələrində, konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputlarda universitetin müəllimləri, tələbə və tədqiqatçılarının iştirakının təmini, “YT Park”ın mütəmadi olaraq universitetin çap məhsulları (məcmuələr, dərsliklər, tədris vəsaitləri və s.) ilə təmin edilməsi, müxtəlif elm sahələri üzrə yerli və xarici ölkə mütəxəssislərinin universitetdə mühazirə, təlim və görüşləri üçün şərait yaratmaq missiyalarını öz üzərinə götürüb.
 
Bundan əlavə, razılaşmaya görə, universitet “YT Park”ı müəyyən olunmuş ixtisaslarda təhsil alan tələbələrin göstərdikləri nəticələrlə bağlı məlumatlarla da təmin edəcək. 
 
İmzalanma mərasimindən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Azərbaycan Texniki Universitetinin tədris laboratoriyaları, patentləşdirilmiş ixtiraları, eləcə də universitet alimlərinin elmi-tədqiqat işləri ilə tanış olublar.








Baxış sayı: 151

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti