12px13px15px17px
Tarix:11/06/18

“Yahoo Messenger” servisi öz fəaliyyətini dayandırır

20 il əvvəl istifadəyə verilmiş “Yahoo Messenger” mesajlarla mübadilə xidməti öz fəaliyyətini dayandırır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 17 iyul 2018-ci il tarixində “Yahoo Messenger” servisi öz işinə xitam verəcək. Artıq bu tarixdən sonra 1998-ci ilin martında istifadəyə verilmiş messencerdən yararlanmaq mümkün olmayacaq.

“Yahoo Messenger” servisini hazırda beta-test mərhələsində olan “Yahoo Squirrel” xidmətinin əvəz edəcəyi gözlənilir. Yeni servisdən istifadə etmək istəyənlər tərtibatçılara müvafiq sorğu göndərə bilərlər.

Emil Hüseynov





Baxış sayı: 18

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2019

20 10 2019