12px13px15px17px
Tarix:25/10/11

“İce Cream Sandwich” “USB” periferiyanı dəstəkləyəcək

“İce Cream Sandwich” kod adı ilə tanınan “Android 4.0” əməliyyat sistemində “USB” periferiyanın dəstəklənməsi reallaşdırılacaq. Bu barədə “Twitter” xidmətindəki öz mikrobloqunda “Android” tərtibatçılarından biri Romen Qay bildirib.

“Android 4.0” ilə işləyən aparatlar “USB” host rolunda çıxış edə bilərlər. Onlara “USB” vasitəsilə əlavə qurğular, məsələn, xarici sərt disk və ya oyun kontrolleri qoşmaq mümkün olacaq. “HDMİ” çıxış smartfon və ya planşetdəki təsviri televizorda əks etdirməyə imkan yaradacaq.

“Android 4.0” əməliyyat sistemi “Google” şirkəti tərəfindən oktyabr ayının 19-da təqdim edilib. Yeni əməliyyat sistemi “USB” periferiyanın dəstəkləməsini əvvəlki versiyadan (Honeycomb) varis edib. Yalnız planşetlər üçün nəzərdə tutulmuş “Honeycomb” versiyasından fərqli olaraq “İce Cream Sandwich” sistemini müxtəlif tip qurğulara quraşdırmaq olar.

“İce Cream Sandwich” əməliyyat sistemi ilə işləyən ilk aparat “Galaxy Nexus” smartfonu olub. O, noyabr ayında satışa çıxarılacaq.



Baxış sayı: 1397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024