12px13px15px17px
Tarix:11/06/18

Avropa aeroportlarında yuxu üçün kapsullar istifadəyə veriləcək

Avropa aeroportlarında tezliklə yuxu üçün “Airpods” kapsulları istifadəyə veriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, xüsusi kapsullar Sloveniya dizaynerləri tərəfindən hazırlanıb. Plana əsasən, “Airpods” modulları xarici görünüşünə görə gələcək avtomobilləri xatırladacaq. Konstruksiya daxilində formasını dəyişən rahat kreslo quraşdırılıb, eləcə də burada səyahətçilər telefonu enerji ilə doldura, “Wi-Fi” şəbəkəsinə qoşula, zəngli saat qura və filmlər seyr edə biləcəklər.

Yuxu üçün modulda qurğunun kənar səsləri tam izolə etməsinə baxmayaraq çöldə baş verənləri müşahidə etmək mümkündür. Kapsul, həmçinin sərnişinə reys elan edilən zaman minmə üçün çıxışa yaxınlaşması barədə avtomatik bildiriş göndərəcək.

“Airpods” kapsullarının 1 saatlıq icarəyə verilməsi planlaşdırılır.

Hazırda beta test mərhələsində olan kapsulların kommersiya sınağı çərçivəsində bir sıra Avropa aeroportlarında artıq bu il ərzində istifadəyə veriləcəyi gözlənilir. Gələcəkdə belə kapsullara dünyanın digər hava limanlarında da rast gəlmək mümkün olacaq.

Nizam Nuriyev





Baxış sayı: 323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 İyul 2019

19 07 2019

19/07/19
Qazanaoxşar dron yaradılıb

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndisləri uçuş müddəti artırılan “Flybotix” adlı pilotsuz

19/07/19
“Google Play” mağazasında casus proqramları aşkar edilib

“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proq

19/07/19
Britaniyada enerji səmərəliliyinə malik texnologiyaların inkişafına maliyyə vəsaiti ayrılacaq

Böyük Britaniya hökuməti enerji sistemlərinin səmərəliliyinin artırılmasına yönələn texnoloji layihələrə

19/07/19
Alimlər kvant kompüterinin işini 200 dəfə sürətləndirməyə nail olublar

Hər bir hesablama maşını məntiqi ventillərdən (məntiqi əməliyyatları yerinə yetirən qurğular) ibarətdir.

19/07/19
Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir

Yaponiya hökuməti “Facebook” şirkətinin tezliklə dövriyyəyə buraxmaq istədiyi “Libra” kriptovalyutasını

19/07/19
“Instagram” bir neçə ölkədə postların altında laykların sayını gizlədib

“Instagram” sosial şəbəkəsi Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada istif

19/07/19
Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına d