12px13px15px17px
Tarix:17/06/11

Mobil telefon qulaqda əlavə səs yaradır

Vyanadakı Ətraf Mühitin Mühafizəsi İnstitutunun alimləri müəyyənləşdiriblər ki, mobil telefondan daimi istifadə edən insanların qulaqlarında əlavə səslər yaranır.
Araşdırmalar göstərir ki, gün ərzində 10 dəqiqə telefonla danışan insanlarda bu hallara daha çox rast gəlinir. Belə ki, onların qulaqlarında bu cür əlavə səslərin yaranması riski 70 faiz artır.
Mütəxəssislər vurğulayıblar ki, onların bu araşdırmaları son zamanlar qulaqlarında əlavə səslərin yaranması ilə bağlı həkimə müraciət edən insanların düzgün diaqnozla müalicə olunmasında önəmli rol oynayacaq. Bildirilir ki, bu problemin əmələ gəlməsinin əsas səbəblərindən biri məhz mobil telefonlarda quraşdırılmış mikrofonlardır. Qeyd edək ki, qulaqlarında xroniki olaraq əlavə səslərin əmələ gəlməsindən Yer üzü əhalisinin 3 faizi əziyyət çəkir.
Bunun səbəbləri ilə bağlı hələ də dəqiq elmi diaqnozlar yoxdur. Tək o məlumdur ki, belə hallar daha çox beyinin eşitmə funksiyasına nəzarət edən hissəsində pozulmalar baş verərkən yaranır.



Baxış sayı: 3639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024