12px13px15px17px
Tarix:25/10/11

Astara telestansiyasında rəqəmli yayım avadanlığı qurulur

“Teleradio”İB ölkənin cənub bölgəsində keyfiyyətli rəqəmli yayımın təmin edilməsi məqsədilə Astarada yayım avadanlıqları qurur. Bu barədə “İCTnews”-a “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, bundan əvvəl bölgədə Lerik telestansiyasından yayım təmin olunub. “Astara stansiyasından yayımın təmin edilməsi cənub bölgəsinin tamamilə rəqəmli yayımla əhatə olunması deməkdir”- deyə M.Abbasov bildirib.

Texniki direktor ilin sonunadək bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik, Ağsu stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb.

Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.



Baxış sayı: 1503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024