12px13px15px17px
Tarix:13/06/18

Bu sosial şəbəkə istifadəçilərin dodaqlarının hərəkətini də qeydə alır

Cari ilin aprelində “Cambridge Analytica” ilə yaşanmış qalmaqaldan sonra ABŞ Konqresinin sorğusuna əsasən, “Facebook” şirkəti sosial şəbəkə istifadəçiləri haqda məlumat toplanılması üzrə bütün mümkün üsullarını açıqlayıb. Bundan ötrü tərtib edilmiş 222 səhifəlik sənəddə məlumatın toplanılması üçün müxtəlif üsullar təsvir edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, əlbəttə ki, “Facebook” şirkəti tərəfindən istifadəçilərin sosial şəbəkənin səhifələrində keçirdikləri vaxtın, həmçinin alış-verişlərin izlənilməsi heç kimdə şübhə doğurmurdu. Aşağıda şirkət tərəfindən tərtib edilmiş sənəddəki ən qəribə məlumat toplama üsulları qeyd edilib:

·         “Facebook” dodaqların hərəkətini qeydə alır. Bu üsul şirkətə istifadəçinin robot olmadığını müəyyənləşdirməkdə kömək edir.
 
·         Digər bir üsul brauzerin pəncərəsinin digər pəncərələrin üstündə yerləşməsini müəyyənləşdirməkdir.
 
·         “Facebook” qurğular haqda informasiya toplayır. Amma bu, yalnız qurğunun modeli və əməliyyat sisteminin versiyası ilə məhdudlaşmır. Şirkət üçün cihazın batareyasının şarjı, mobil şəbəkə siqnalının gücü və əlçatan yaddaşın tutumunu bilmək maraqlıdır.
 
·         Əlbəttə ki, yalnız əməliyyat sistemi haqda deyil, həm də brauzer, quraşdırılmış plaqinlər, hətta faylların adları haqda informasiya toplanılır.
 
·         Bundan başqa şirkətə mobil operator, internet-provayder, IP-ünvanlar, cookie, saat qurşağı və internet qoşulmanın sürəti haqda informasiya məlumdur.
 
·         Bəzi hallarda şirkət yalnız sizin qurğunuz haqda deyil, həm də eyni şəbəkədə və ya yaxınlıqda olan qurğular haqda informasiya toplayır.
 
·         “Facebook” sizin qurğunuz üçün əlçatan olan “Bluetooth”-qurğular, “Wi-Fi” giriş nöqtələri və əhatə dairəsində yerləşən mobil qüllələr haqda məlumatlıdır.
 
·         “Facebook” şirkəti “Android” sistemində GPS, kamera və foto qalereya ilə bağlı informasiyadan başqa, çağırışların siyahısı və SMS tarixçəsini əldə edə bilər.
 
·         Nəhayət, “Facebook” şirkəti istifadəçi tərəfindən istifadə edilən mobil proqramlar və hesablar haqda məlumatlıdır.
 
Emil Hüseynov



Baxış sayı: 165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2019

22 02 2019

22/02/19
"İdeyadan Biznesə" layihəsi çərçivəsində Mingəçevirin ən yaxşı innovativ layihələri müəyyənləşib

"İdeyadan Biznesə" layihəsi çərçivəsində cari ilin ilk startap turu fevralın 21-də Mingəçevir şəhərində təşkil olunub

22/02/19
“Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda təlim keçirilib

22 fevral 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya

22/02/19
“Galaxy S10+” smartfonunun “selfi”-kamerası “DxOMark” reytinqində birinci yeri tutub

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan tanınmış “DxOMark” xidmətinin sahibi olan “DxO Labs” 

22/02/19
Alaq otlarını tapıb məhv edən kənd təsərrüfatı robotu təqdim edilib

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş “SwagBot” adlı kənd təsərrüfatı robotu kompüter 

22/02/19
“InSight” aparatı Marsın havası haqqında gündəlik məlumat verəcək

“InSight” stansiyası Qırmızı planetin havası haqqında gündəlik hesabatlar göndərəcək.

22/02/19
Kibertəhlükəsizliyin təmini üçün həllər bazarının həcmi 202,3 milyard dollara çatacaq

İnformasiya təhlükəsizliyi həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq 

22/02/19
“WinRAR” proqramında 19 il mövcud olan səhv aşkarlanıb

“RAR” və “ZIP” formatlarında arxivlərin yaradılması və təşkili üçün istifadə edilən populyar “WinRAR

22/02/19
“Apple”ın innovasiya şirkətlərinin reytinqi üzrə mövqeyi zəifləyib

Bir il ərzində “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi zəifləyərək 1-ci yerdən