12px13px15px17px
Tarix:20/06/18

Robot beyin dalğaları vasitəsilə idarə ediləcək

Massaçusets Texnologiya İnstitutunun süni intellekt laboratoriyasının mütəxəssisləri robota beyin dalğalarına tabe olmağı öyrətmək üçün elektromioqrafiya və elektroensefaloqrafiya texnologiyalarını tətbiq ediblər. Bu barədə institutun saytında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science www.naked-science.ru” resursuna istinadən yazır ki, əvvəlki işlərdə sistem beynin elektrik siqnallarını yalnız insan müəyyən obyekt barədə düşünəndə tanıyıb. Məsələn, operator mexanizmin xüsusi funksiyalarına uyğun displeylərə nəzarət etməli olub. Eyni zamanda belə əlaqə sistemi ilkin kalibrləmə tələb edib. İnşaatçıları və mühəndisləri isə belə interfeysli qurğu qane etməyib. Buna görə tədqiqatçılar qurğunun idarəetməsini dəyişərək “səhvlərə aid potensiallar” (ErrPs) adlanan siqnallardan istifadə ediblər. Siqnallar insanların robotun hər dəfə səhv hərəkət etdiyini görməsi zaman görsənib. Tədqiqat müəllifi Cozef DelPretonun sözlərinə görə, müşahidə onların işini asanlaşdırıb, çünki insana əmr edilmiş şəkildə düşünməyi məşq etdirmək zərurəti aradan qaldırılıb.
 
Məlumata görə, səhvin düzəldilməsi üçün mühəndislər tərəfindən əzələ hərəkətlərinə əsaslanan idarəetmə əlavə edilib. İki - elektromioqrafiya və elektroensefaloqrafiya texnologiyasının birləşdirilməsi robotun idarəetməsini daha intuitiv edib.
 
Konsepsiya barədə danışan tədqiqat müəllifi bildirib ki, həm əzələ hərəkətlərini, həm də beyin dalğalarını qeydə almaqla insanın səhv haqqında ani fikir manipulyasiyalarına dözmək daha asan olur. “Bu, robotla ünsiyyəti sadələşdirməyə kömək edir”, - o qeyd edib.
 
Müəlliflərin sözlərinə görə, gələcəkdə sistem inşaatçılar, ahıllar və fiziki hərəkətləri məhdud insanlar üçün faydalı olacaq.
 
Nizam Nuriyev
 






Baxış sayı: 169

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2020

23 09 2020

23/09/20
“Google Pixel 5” smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub

“Google”un yeni qabaqcıl smartfonu haqqında ətraflı məlumatlar onun rəsmi təqdimatından bir həftə öncə in

23/09/20
“Airbus” hidrogen sərnişin təyyarələrinin yaradılması üzrə layihə təqdim edib (VİDEO)

Avropanın “Airbus” konserni “ZEROe” layihəsi çərçivəsində sıfır tullantılı hidrogen mühərrikli sərniş

23/09/20
“Nokia” şirkəti 4 kameralı “5G” smartfonunu təqdim edib

“Nokia” şirkəti “Nokia 8.3 5G” adlı smartfonunu təqdim edib. Adından məlum olduğu kimi, qurğu beşinci nəs

23/09/20
Yeni “iPhone” smartfonlarının adı açıqlanıb

Aktual “Apple” seriyalı smartfonun əsas versiyası “iPhone 12 mini” adlanacaq. Bu barədə “MacRumors

23/09/20
“Qualcomm” şirkəti smartfonlar üçün səs azaldıcı xüsusiyyətə malik “Snapdragon 750G” çipini nümayiş etdirib

“Qualcomm” şirkəti orta qiymət diapazonuna malik smartfonlar üçün yeni çipsetini nümayiş

23/09/20
Koronavirusu insan üçün təhlükəsiz məhv edən ultrabənövşəyi lampa buraxılıb

Yaponiyanın nəhəng “Ushio Inc.” şəbəkə avadanlığı istehsalçısı koronavirusu insan sağlamlığına ziyan vurm

23/09/20
“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

Onlayn təqdimat çərçivəsində yeni “Nokia” smartfonları təqdim edilib. Böyükölçülü ekran və t

23/09/20
Kompüterləri zəiflədən “Windows” yeniləməsi ləğv olunub

“Microsoft” korporasiyası kompüterlərin zəifləməsinə səbəb olan problemli “Windows 10” əməliyyat sistemi