12px13px15px17px
Tarix:25/06/18

Beş ən yaxşı ucuz smartfon məlum olub

“GizmoChina” nəşrinin mütəxəssisləri ən yaxşı ucuz smartfonların reytinqini tərtib ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, reytinqin lideri qiyməti 160 dollar təşkil edən “ZTE Nubia М2” smartfonu seçilib.

İlk beşlikdə digər dörd mövqeyi Çinin “Xiaomi” şirkətinin smartfonları tutub.

Reytinqə görə, 159 dollarlıq “Xiaomi Redmi S2” liderlər beşliyində ikinci pillədə qərarlaşıb. Qurğu keyfiyyətli ön və əsas kamerası ilə seçilir. Üçüncü yerdə “Xiaomi Redmi 5 Plus” modeli yer alıb. Smartfon istifadəçisi 190 dollar  ödəməklə güclü oyun prosessoru, eləcə də tərəflərinin nisbəti 18:9 təşkil edən ekran əldə edir.

Reytinqdə digər yerləri “Xiaomi Redmi 5” və “Xiaomi Redmi Note 5” modelləri tutub.

Qeyd edək ki, bahalı seqmentdə hazırda ən müasir smartfonlar “Samsung Galaxy S9+”, “Huawei P20 Pro”, “Sony Xperia XZ2”, “Xiaomi Mi Mix 2s” və “Asus Zenfone 5z” modelləri hesab olunur.

Nizam Nuriyev





Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024