12px13px15px17px
Tarix:25/06/18

ABŞ-ın Xarici Özəl İnvestisiyalar Korporasiyasının nümayəndəsi Yüksək Texnologiyalar Parkında infosessiya keçirib

25 iyun 2018-ci il tarixində ABŞ-ın Xarici Özəl İnvestisiyalar Korporasiyasının ("Overseas Private Investment", OPIC) Beynəlxalq Layihələrin Maliyyələşdirilməsi Departamentinin direktoru Tara Bleykin iştirakı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib.
 
İnfosessiya "OPIC"-in Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına həsr olunub.
 
Tədbirdə potensial şirkətlər, investor və iş adamları, eləcə də startapçılar iştirak edib.
 
İnfosessiya zamanı korporasiyanın Azərbaycandakı layihələri maliyyələşdirmə mexanizmləri barədə ətraflı təqdimat olub və birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.
 
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, yaradılan ekosistem, startapçılara və investorlara təqdim edilən imkanlar barədə ətraflı məlumat verib.
 
Daha sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin kommersiya üzrə məsul şəxsi Filip Qutrie təqdimatla çıxış edib.
 
Tara Bleyk Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına dair geniş təqdimat edib və birgə əməkdaşlığa hazır olduqlarını qeyd edib. 
 
Daha sonra təqdimat ətrafında müzakirələr aparılıb.










Baxış sayı: 452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024