12px13px15px17px
Tarix:27/06/18

“Apple” yeni “iOS” sistemini təqdim edib

“Apple” korporasiyası “iOS 12” sisteminin ictimai beta-versiyasını təqdim edib. İstənilən istifadəçi yeni sistemi quraşdıra bilər. Bu haqda “9to5mac” nəşri yazır.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, cari ilin iyun ayından əlçatan olan sistemin qapalı beta-versiyasından fərqli olaraq, yeni “iOS” sistemini quraşdırmaq üçün istifadəçinin tərtibatçı hesabına malik olması lazım deyil. Bundan ötrü fərdi “Apple ID” ilə şirkətin yoxlama proqramının saytına daxil olmaq kifayətdir. Daha sonra istifadəçi müvafiq sistem versiyasını (“macOS”, “iOS” və ya “tvOS”) seçməli və öz qurğusunu qeydiyyatdan keçirməlidir. Yeni “iOS” sistemini quraşdırmazdan öncə sistemin ehtiyat surətini çıxarmaq tövsiyə edilir.

“iOS 12” sistemində edilmiş yeniliklərin əksəriyyəti sürət və optimallaşdırılma ilə bağlıdır. Məsələn, tərtibatçıların bəyanatına görə, indi kamera 70 faiz, klaviatura isə 50 faiz daha sürətlə işə düşür. Smartfon hər həftə sosial şəbəkə və ya messencerlərdə keçirilmiş vaxtı göstərəcək. Həmçinin smartfondan istifadə üzrə məhdudiyyət təyin etmək mümkün olacaq.

Emil Hüseynov





Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024