12px13px15px17px
Tarix:25/10/11

“Android” əməliyyat sistemi mobil proqram yükləmələrinin sayına görə liderdir

“ABİ Research” şirkətinin yeni tədqiqatına əsasən, 2011-ci ilin ikinci rübündə “Android” əməliyyat sistemi mobil proqram yükləmələrinin (təxminən 44%) sayına görə liderdir.

“Google” şirkətinin platforması əsas rəqibi “iOS”-u ötüb. “iOS” platformasının göstəricisi 31% təşkil edir. Mütəxəssislər “Android”in populyarlığının artmasını bu əməliyyat sisteminin açıq kodlu olması ilə izah edirlər.

“ABİ Research”də qeyd edildiyi kimi, 2011-ci ilin nəticəsinə əsasən, istifadəçilər mobil proqramları təxminən 29 milyard dəfə yükləyəcəklər. Müqayisə üçün: keçən il 9 milyard yükləmə qeyd edilib. “Android Market”də təxminən 320 min proqram, “App Store”-də isə demək olar ki, 460 min proqram var.



Baxış sayı: 1946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024