12px13px15px17px
Tarix:02/07/18

Hakerlər aşkarlanan səhvə görə böyük məbləğdə mükafat alacaqlar

“Zerodium” şirkəti informasiya təhlükəsizliyi həvəskarlarına “Linux” əməliyyat sisteminin “UNIX” sistem və distributivlərində “sıfır günü” (Zero Day) boşluğunun aşkarlanması üçün yarım milyon dollaradək pul mükafatı təklif edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, proqrama “Ubuntu”, “Debian”, “CentOS” və “Tails” kimi əməliyyat sistemləri, eləcə də “FreeBSD”, “OpenBSD” və “NetBSD” sistemləri daxildir.

Bildirilir ki, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətin bu məbləğdə pul mükafatı vəd etməsinə indiyədək təsadüf edilməyib. İT şirkətləri tərəfindən mühafizədə aşkarlanan boşluğa görə mükafat adətən 10 min dollaradək təşkil edir. “Ən bahalı” “Linux” mükafatları hesab olunur: analiz edilən proqram təminatından asılı olaraq ödəniş bir neçə yüz min dollar ola bilər.

“Sıfır dərəcəli boşluq” (Zero Day) mühafizə mexanizmləri hazırda mövcud olmayan və ya boşluqları aradan qaldırılmayan zərərli proqramlar terminidir.

Nizam Nuriyev





Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024