12px13px15px17px
Tarix:26/10/11

Pirat məhsullara görə cəza sərtləşdiriləcək

Azərbaycanın Müəllif Hüquqları Agentliyi pirat məhsulların istehsalı və yayılmasına görə cəzanın sərtləşdirilməsinin tərəfdarıdır. Kamran İmanovun sözlərinə görə, piratçılıqla mübarizəni daha da sərtləşdirəcək müvafiq normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi ilə bağlı Agentlik tərəfindən təklif irəli sürülüb.

"Bu gün başlıca məsələ əqli mülkiyyət sahəsində anlayışın və mədəniyyətin formalaşmasıdır", - İmanov deyib.

Agentliyin təklifi əsasən iqtisadi sanksiyaları nəzərdə tutur. Onlar pirat məhsulların istehsalının və yayılmasının iqtisadi baxımdan sərfəli olmamasına gətirib çıxaracaq.

İmanovun sözlərinə görə, Azərbaycanda hər il piratçılığın səviyyəsinin azalması ilə bağlı müsbət tendensiya qeyd olunur. Əgər 2005-ci ildə nəşrlər sahəsində piratçılıq göstəriciləri 61 faiz olubsa, indi bu rəqəm 40 faiz təşkil edir.

Audio, video sektorunda (CD, DVD) piratçılıq səviyyəsi 90 faizdən 70 faizə düşüb. Proqram təminatı sahəsində bu rəqəm əvvəlcə 96 faiz olub, hazırda isə 88 faiz təşkil edir:

"Belə müsbət göstəricilərin olmasına baxmayaraq, biz bu səviyyəni dünya göstəriciləri, o cümlədən inkişaf etmiş ölkələrin göstəricilərinə çatdırmaq istəyirik.

Bu il hüquq-mühafizə orqanlarının yardımı sahəsində satışdan min pirat disk çıxarılıb. Hazırda iri pərakəndə satış mağazalarında saxta məhsullara praktiki olaraq rast gəlmək mümkün deyil", - İmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda milli antipirat proqramı tamamilə yenilənib. Bununla yanaşı İmanov bildirib ki, onun fikrincə, dünyada analoqu olmayan "Piratçılıqla mübarizə və əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qanun" qəbul olunma mərhələsindədir.

Piratçılıqla mübarizənin aspektlərindən biri də "960" nömrəsi ilə çıxışın olduğu "qaynar xətt"in işidir. Habelə Agentliyin bazasında hüquqi məsləhətxana da fəaliyyət göstərir.



Baxış sayı: 765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024