12px13px15px17px
Tarix:07/07/18

Avstraliyada ümumvətəndaş pasportları sifətin tanınması sistemi ilə əvəz ediləcək

Avstraliyanın Sidney aeroportunda “Qantas” aviaşirkətinin beynəlxalq reyslərinin sərnişinləri yeni sifətin tanınması sistemini sınaqdan keçirməyə başlayıblar.  

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, “Facial Recognition System” adlanan inqilabi sistem ümumvətəndaş pasportlarını tam əvəz edəcək. O, əksər sərnişinlərə sənədlər təqdim etmədən bir sıra nəzarət məntəqələrindən keçməyə imkan verəcək.
Sidney Beynəlxalq Aeroportunun baş icraçı direktoru Ceff Kalbert bildirib ki, sifətin tanınması sisteminin tətbiqi yoxlanış prosedurunu tezləşdirəcək və asanlaşdıracaq.

Lakin yeni sistemin əleyhinə çıxanlar da tapılıb. Onlar sistemdə təhlükəsizlik baxımından böyük boşluğun olduğunu düşünürlər. Məsələ ondadır ki, Avstraliyada bu yeniliyin tətbiqi son nəticədə elə məqama gətirib çıxara bilər ki, məlumat emalı mərkəzlərində çoxlu sayda fərdi məlumatlar saxlanılacaq. Onlardan isə cinayətkarlar vətəndaşları xəbərdar etmədən öz məqsədləri üçün istifadə edə bilərlər.  

Avstraliya hökuməti tərəfindən 16,6 milyon dolların ayrılacağı sistemin 2019-cu ilin martınadək “SmartGate” layihəsi çərçivəsində bütün aeroportlarda quraşdırılması nəzərdə tutulur.

Nizam Nuriyev





Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2019

22 02 2019

22/02/19
"İdeyadan Biznesə" layihəsi çərçivəsində Mingəçevirin ən yaxşı innovativ layihələri müəyyənləşib

"İdeyadan Biznesə" layihəsi çərçivəsində cari ilin ilk startap turu fevralın 21-də Mingəçevir şəhərində təşkil olunub

22/02/19
“Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi” mövzusunda təlim keçirilib

22 fevral 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya

22/02/19
“Galaxy S10+” smartfonunun “selfi”-kamerası “DxOMark” reytinqində birinci yeri tutub

Kameraların peşəkar müqayisəsi ilə məşğul olan tanınmış “DxOMark” xidmətinin sahibi olan “DxO Labs” 

22/02/19
Alaq otlarını tapıb məhv edən kənd təsərrüfatı robotu təqdim edilib

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş “SwagBot” adlı kənd təsərrüfatı robotu kompüter 

22/02/19
“InSight” aparatı Marsın havası haqqında gündəlik məlumat verəcək

“InSight” stansiyası Qırmızı planetin havası haqqında gündəlik hesabatlar göndərəcək.

22/02/19
Kibertəhlükəsizliyin təmini üçün həllər bazarının həcmi 202,3 milyard dollara çatacaq

İnformasiya təhlükəsizliyi həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq 

22/02/19
“WinRAR” proqramında 19 il mövcud olan səhv aşkarlanıb

“RAR” və “ZIP” formatlarında arxivlərin yaradılması və təşkili üçün istifadə edilən populyar “WinRAR

22/02/19
“Apple”ın innovasiya şirkətlərinin reytinqi üzrə mövqeyi zəifləyib

Bir il ərzində “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi zəifləyərək 1-ci yerdən