12px13px15px17px
Tarix:09/07/18

Yeni “Huawei” planşetləri buraxılıb

“Huawei” şirkəti İtaliyada “MediaPad M5 Lite 10” və “MediaPad T5 10” adlı iki yeni “Android” planşet modelini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Gagadget” resursuna istinadən yazır ki, planşetlər eyni dizayna malikdir. “MediaPad M5 Lite 10” modeli “Full HD+” (1920×1200 piksel) təsvir ölçülü 10,1 düym diaqonallı “IPS” ekran, “Mali T830 MP2” qrafik sürətləndiricisinə malik “HiSilicon Kirin 659” prosessor, 8 meqapikselli əsas və ön kamera, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş və 7500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

“MediaPad T5 10” modeli “Full HD+” (1920×1200 piksel) təsvir ölçülü 10,1 düym diaqonallı “IPS” ekran və “HiSilicon Kirin 659” prosessoru ilə təchiz olunsa da, əvvəlki “MediaPad” planşetindən fərqli olaraq burada 2 və ya 3 giqabaytlıq operativ yaddaş və 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, 5 meqapikselli əsas kamera və 2 meqapikselli ön kamera, eləcə də 5100 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.  
Planşetlər “EMUI 8.0” interfeysli “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

“MediaPad T5 10” modelinin qiyməti 200-280 avro, “MediaPad M5 Lite” planşeti isə seçilmiş versiyadan asılı olaraq 300-350 avro arasında dəyişir.

Nizam Nuriyev





Baxış sayı: 348

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024