12px13px15px17px
Tarix:09/07/18

Süni intellekt əlavələrinin yaradılması üçün proqram təminatı təqdim olunub

Fransanın “Atos” informasiya texnologiyaları şirkəti süni intellekt elementli korporativ əlavələrin yaradılması üçün nəzərdə tutulan “Codex AI Suite” proqram kompleksini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Codex AI Suite” şirkət və tədqiqat institutlarına süni intellekt əlavələrini hazırlamağa, tətbiq etməyə və idarə etməyə kömək edir. Onun köməyi ilə informasiya emalı və analizi üzrə mütəxəssislər emal edilməmiş məlumatlardan xeyir götürərək biznesin yeni inkişaf yollarını aça biləcəklər.

Məlumata görə, “Codex AI Suite” vasitəsilə yaradılan proqramlar “Amazon Web Services”, “Azure”, “Google Cloud” ictimai “bulud” servislərində, eləcə də “Atos BullSequana S” daxil olmaqla lokal mühitdə quraşdırıla bilər.

Texnologiya tibb, dövlət təhlükəsizliyi, “ağıllı” şəhərlər, intellektual və avtonom məlumat emalı mərkəzləri kimi sahələr üçün nəzərdə tutulub.

“Atos Codex AI Suite” paketini ayrıca proqram platforması şəklində və ya server infrastrukturu ilə birlikdə əldə etmək mümkündür.

Nizam Nuriyev





Baxış sayı: 388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024